Загрузка...

Tarix müəllimi şagirdi ilə yaşadığı eşq macərası səbəbindən işindən azad edilib.

Publika.az xəbər verir ki, Türkiyənin Dənizli bölgəsində fəaliyyət göstərən məktəblərdən birində tarix müəllimi olaraq çalışan 46 yaşlı E.P. 17 yaşlı şagirdi ilə sevgi münasibətləri yaradıb. Onların 2 il gizli-gizli görüşdükləri bəlli olub.

Faktla bağlı müəllimin həyat yoldaşı 46 yaşlı B.P. polisə şikayət edib. O, həyat yoldaşının telefonunda şagirdi ilə səmimi söhbətlərini və fotoları gördükdən sonra ondan boşanmaq qərarına gəlib.

Məhkəməyə təqdim edilən dəlillər arasında qadının şagirdi ilə əxlaqsız söhbəti, kinoteatra getdikləri, zalda öpüşdüklərinin əks olunduğu fotolar var. 17 yaşlı şagird iddiaları qəbul etsə də, müəllim inkar edib.

Məhkəmə cütlüyün boşanmasına, müəllimin isə vəzifəsindən azad edilməsinə qərar verib.