Загрузка...

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision 2018” mahnı müsabiqəsində iştirakçıların çıxışından sonra finala vəsiqə qazanan 10 ölkənin adı açıqlanıb.

Musavat.com xəbər verir ki, Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya finalda iştirak hüququ qazanıb.

Azərbaycan təmsilçisi Aysel Məmmədova “Eurovision”ı yarımfinalda tərk edib. İlk dəfə Azərbaycan müsabiqənin finalına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova (Aisel) müsabiqədə birinci olaraq səhnəyə çıxıb. O, “X my heart” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqədən sonra keçiriləcək mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 12-də çıxış ardıcıllığı müəyyən olunacaq.