Загрузка...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 4 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 5 və daha çox qol vuranların cədvəlinə 27 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 2 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 12 top var.

2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2, “Əl-Sədd”də 7 qola sevinən hücumçu 9 dəfə rəqib qapısına yol tapıb. Portuqaliyalı Kriştianu Ronaldo 3-cü sırada qərarlaşıb. O, ümumilikdə 8 – yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda cəmi 1 qol vurub. Yeganə topun müəllifi Riçard Almeydadı.