Загрузка...

Bakıda 36 yaşlı kişi döyülüb və boğazı müəmmalı şəraitdə kəsilib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Əmircan qəsəbəsində 36 yaşlı Ağayev Rafiq Məmmədhüseyn oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, döyülərək ağır xəsarət alıb. Lakin R. Ağayevin boğazı huşsuz vəziyyətdə olarkən kəsilib. Yaralı xəstəxanaya yerləşdirilib.

R.Ağayev boğazının tanışı tərəfindən kəsilmədiyini bildirib. Onun boğazına iti alətlə kim tərəfindən xəsarət yetirilməsi Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

R. Ağayevi döyən tanışı isə saxlanılıb.