Загрузка...

Müğənni Aysun İsmayılova 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın işdən kənarlaşdırılması xəbərinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Aysun Instagram hesabında paylaşım edib və bunları yazıb:

“Allaha dua etməyi, şükr etməyi unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. ️Allahdan başqa heç kimdən qorxmayın. Üreyiniz Allahla bir olsa, Allah hər zaman sizin yanınızda olar. Hər günümüz üçün çox şükür Allahım”.

Qeyd edək ki, Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

Xatırladaq ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.