QOÇ – Uğurlu gündür. Maliyyə sahəsində gəlir gözlənilir. Bu gün istedadınızı nümayiş etdirmək şansı yaranacaq. Doğmalarınız sizi dəstəkləyəcək.
BUĞA – İş həyatında uğur gözlənilir. Peşəkar həyatınıza işıq salacaq gündür. Lakin səbrli olun, bu günün uğurlu nəticəsini tezliklə görməyə bilərsiz. Dostların, yaxınların köməyindən imtina etməyin.
ƏKİZLƏR – İşgüzar sahədə uğur qazanacaqsız. Aktiv olun. Sizdən hərəkətlərinizdə qətiyyətli olmaq tələb edilir. Xırda detalları önəmsəməyin, əsas işdən yapışın.
XƏRÇƏNG – Talehinizdə dönüş ola bilər. Buna hazır olun və gücünüzü qoruyun. Özünüzü bir balaca silkələsəniz pis olmaz. Bu gün bir təkan olacaq. Amma emosiyalarınıza diqqət edin. Heç kimin qəlbini qırmayın.
ŞİR – Maddi vəziyyətiniz yaxşılaşacaq. Bununla yanaşı xərcləriniz də artacaq. Həddindən artıq əliaçıqlığınız bütün qazancı xərcləmənizə səbəb olacaq. Dərd etməyin, sabah pulsuz qalmayacaqsız.
QIZ – Bu gün istedad və bacarığınızı nümayiş etdirmək imkanı yaranacaq. Karyeranızda yüksəliş gözlənilir. Qərar verərkən ehtiyatlı olun. Düşünmədən addım atmayın. Planlarınız gerçəkləşəcək.
TƏRƏZİ – Yaxşı gündür. Bütün sahələrdə şans sizinlə olacaq. Yarana biləcək mübahisə və münaqişələrdən uzaq olmaq istəyirsinizsə, şirin dilinizi işə salın. Ətrafdakılarla mehriban münasibət bu gün çox vacibdir.
ƏQRƏB – Uzun zamandır planlaşdırdığınız səfərlə bağlı xərcləriniz olacaq. İşgüzar səfərdə gələcəkdə xeyir gətirəcək yeni tanışlıqlar olacaq. Səhhətinizə fikir vrin. Vaxt tapan kimi dincəlin.
OXATAN – İşgüzar danışıqlar üçün münasib zamandır. Lakin emosiyalarınıza hakim olmasanız ciddi münaqişə qorxusu var. Başqa sözlə desək, təmkinli olsanız gün sizi sevindirəcək.
OĞLAQ – Bu gün gücünüzdən ağılla istifadə edin. Belə etsəniz başladığınız işi başa çatdıra biləcəksiz. Yeni layihələr, yeni qazanc mənbəyi axtarışı üçün uğurlu gündür. Şəxsi həyatınızda buraxdığınız səhvləri də düzəldə bilərsiz.
DOLÇA – Gözlənilməz vəziyyət yaranacaq və bu, sizi çətinliyə salacaq. Ruhdan düşməyin, hər şey yaxşı olacaq. Neqativlər şəxsi həyatınıza təsir etməyəcək.
BALIQLAR – Bu gün həyatınızda yeni mərhələ aça bilər. Ola bilsin xoş xəbərlər alacaqsız. Bu böyük sürprizlərlə davam edəcək. Qohumlarla mübahisədən qaçın. Belə bir xoş günü neqativlə yükləməyin.