Dünən xalq artisti Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaradan Fuad Poladov vəfat edib.
Xalq artistinin vəfatı sənət adamları ilə yanaşı onu sevənləri də üzdü. Hər zaman “Məni məndən yaxşı tanıyan yoxdur” deyən Fuad Poladov bu dünyadan əbədiyyən köçdü.
Məşhur və sevilən aktyorun sənət yolu 10-cu sinifdən başlayıb. Xalq artistinin keçdiyi yollar, verdiyi əmək onu Azərbaycan xalqının hər bir fərdinə sevdirib.
Fuad Poladovun vəfatından sonra onun keçdiyi ömür yolu da qısa bir film halına gətirildi.
Medianews.az axar.az-a istinadən Fuad Poladovun həyatı haqqında hazırlanan videonu sizlərə təqdim edir: