Загрузка...

Yunan-Roma güləşçimiz Rəsul Çunayev Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

Minval.İnfo-nun xəbərinə görə, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Adam Kuraka qalib gəldiyi görüşdə uduzub – 5:9.

Olimpiya mükafatçımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında zədələrinin ona mane olduğunu bildirib:

“Mənim belimdə yırtıq var. Bir-iki ay əvvələ qədər karyeramı bitirmək istəyirdim. Azərbaycan çempionatında zədəmə görə iştirak edə bilmədim. Tam sağalmağım üçün yarışlardan tam uzaqlaşmağım və bir il müalicə almağım lazımdır. Ancaq belə də olmur. Baş məşqçimiz Şaban Donat məni yığmaya yenidən qaytaran şəxs oldu. Hər dəfə iki-üç gün istirahət edirəm, sonra məşqə başlayıram. Ancaq zədə yenə öz sözünü deyir. Finalda da tam gücümlə mübarizə aparmağıma bu imkan vermədi”.