Böyük Britaniyanın sosioloqları ən çox spirtli içki qəbul edən peşələri açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Milli Statistika Xidmətinin əməkdaşları sorğu nəticəsində yüksək ixtisaslı mütəxəssislərin orta firavanlıqda yaşayan insanlardan daha çox alkoqol qəbul etdiyini aydınlaşdırıblar.
Sosioloqlar belə nəticəyə gəliblər ki, spirtli içkiyə meylə gəlirin səviyyəsi, yaş, təhsil, sosial və ailə statusu təsir göstərir. Sorğu göstərib ki, memar, həkim, hüquqşünas və ya müəllim işləyən yüksək ixtisaslı britaniyalıların 70 faizi daim alkoqol qəbul edir.
İçilən spirtli içkilərin miqdarı həmçinin maaşların məbləği ilə bağlıdır. Sorğunun nəticələrinə görə, ildə 11 min avrodan az qazananların 50 faizi spirtli içkindən istifadə edir. Qazancı 45 min avrodan çox olanların isə 80 faizindən çoxu içki qəbul edir.
Alkoqoldan ən az gəliri nisbətən aşağı səviyyəsi ilə seçilən fiziki əməklə məşğul olan insanlar istifadə edirlər.
Tədqiqatın gedişatında həmçinin aydın olub ki, orta yaşlı insanlar gənclərlə müqayisədə daha çox içirlər.