Загрузка...

Müğənni Rəqsanənin qızı Aysun İnstagram-da qalmaqallı video paylaşıb.

BAKU.WS xəbər verir ki, video Bakıda yerləşən 1 saylı körpələr evində çəkilib. Kadrlardan göründüyü kimi körpələr evinə gələn ərzaq məhsulları maşına doldurularaq harasa aparılır.

Aysun şəxsi hesabında paylaşıdığı videoya bunları yazıb: “Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.

BAKU.WS məsələ ilə bağlı 1 saylı körpələr evinə zəng edib. Özünü katibə kimi təqdim edən xanım işçi videodan məlumatsız olduğunu və məsələni araşdıracaqlarını bildirib.