Загрузка...

Mayın 1-dən etibarən avtomobillərə sənaya üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə veriləcək.

Elə buna görə də belə pərdələrin satışında artım müşahidə edilir.

Xüsusən də maqnit adalandırlan və rahatlıqla qatlana bilən avtomobil pərdələrinə tələb böyükdür.

Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir.

Ekspertlər isə sürücülərə xəbərdarlıq edir qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edənlər 150 manat cərimlənə bilər.

Qeyd edək ki, ölkəmizdə avtomobilin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin istifadəsinə noyabrın 15-dək icazə verilir.