Bakıda gənc qızın hərəkətləri müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, sükan arxasında əyləşən qadın insanların həyatını təhlükəyə atacaq hərəkətləri ilə diqqət çəkib.
O, avtomobil idarə edərkən özünü mobil telefon vasitəsilə videoya çəkib. Eyni zamanda, qadın bu zaman demək olar ki, yola baxmayıb. Bununla özü ilə birgə başqalarının da həyatını ciddi təhlükəyə atıb.
Qadın özünü çəkərkən özünəməxsus tərzdə yol polisinin ona “saxla” əmrini verdiyini söyləyib. Lakin buna məhəl qoymayıb və yoluna davam edib.
Sürücü həmçinin sükan arxasında seksual hərəkətlərə də yol verib.
Video izləyicilər tərəfindən narazılıqla qarşılanıb və sərt şəkildə tənqid olunub. O cümlədən, qadın sürücü çoxları tərəfindən hətta təhqir edilib.