Загрузка...

Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Minval.info xəbər verir ki, ötən həftənin sonu terror təhlükəsizliyi ilə bağlı şəhərin bütün giriş-çıxışlarında ciddi yoxlamalar təşkil edilib.

Əməliyyat zamanı helikopterdən də istifadə olunub.

Beşiktaş səmtində aparılan axtarış zamanı Azərbaycan dövlət qeydiyyat nişanı olan avtomobil saxlanılıb.

Məlumatda bildirilir ki, saxlanılan “Mercedes” S 500 markalı “10-NN-715” nömrəli maşın azərbaycanlı millət vəkilinə aid olub. Nəqliyyat vasitəsinin sənədləri türkiyəli polis tərəfindən yoxlanılıb və qanun pozuntusu aşkarlanıb. Bu səbəbdən sahibinə cərimə yazılıb.

Videodan görünür ki, sürücü problemi həll etmək üçün kiminləsə telefon əlaqəsi qurmağa çalışır. Lakin Türkiyə polisi buna məhəl qoymayıb və onu cərimələyib.