Загрузка...

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 9 il ötdü.

 

2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verən terror bütün ölkəni sarsıtdı. ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Fərda Qədirov “Makarov” tipli tapançadan istifadə edərək 12 nəfərin həyatına son qoydu. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar günahsız insanları əsasən baş və boyun nahiyəsindən güllələmişdi.

Qanlı terror aktının qurbanlarının adını bir daha xatırlayaq.

1. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor, 1940-cı il təvəllüdlü Ramiz Xəlil oğlu Abdullayev,
2. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri 1951-ci il təvəllüdlü Tamilla Zülfüqar qızı Əzizova,
3. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent 1946-cı il təvəllüdlü Məcnun Abdulvahid oğlu Vahidov,
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı 1978-ci il təvəllüdlü Şəfa Afət qızı Məmmədova,

Tələbələr:

5. 1988-ci il təvəllüdlü Taleh Tariyel oğlu Məmmədov,
6. 1989-cu il təvəllüdlü Yusif Telman oğlu Bəndəliyev,
7. 1988-ci il təvəllüdlü Ayaz Cavanşir oğlu Bağırov,
8. 1987-ci il təvəllüdlü Savalan Allahverdi oğlu Cabbarov,
9. 1989-cu il təvəllüdlü Emin İmaməli oğlu Abdullayev,
10. 1990-cı il təvəllüdlü Ruslan Cəfər oğlu Babaşov,
11. 1988-ci il təvəllüdlü Ceyhun Sakit oğlu Aslanov,
12. 1957-ci il təvəllüdlü Ayna Abbasqulu qızı Qurbanova.

Bundan başqa Neft-qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Faiq Bəhram oğlu Rüstəmbəyov, Neft-qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Zemfira Seyidi qızı Hüseynli,

Tələbələr:

Kənan Tələt oğlu İsayev, İlkin Azər oğlu Şirəliyev, Elşən Elbəyi oğlu Mustafayev, Rəhman Sahib oğlu Axundov, Elvin Azər oğlu Cəmiyev, Səbinə Əşrəf qızı Qurbanova, Elşən Xanlar oğlu Məmmədov, Bəxtiyar Aydın oğlu Cəfərov, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim və Seyid Əhməd Əmru atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qala bilmişdilər.

 

Musavat.com

 

adna terror ile ilgili görsel sonucu

ADNA terrorundan 9 il ötdü - Fotolar

ADNA terrorundan 9 il ötdü - Fotolar

ADNA terrorundan 9 il ötdü - Fotolar