Загрузка...

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Roma” futbol klubunun qapısından iki top keçirən misirli futbolçu bir neçə gün içində hər kəsin sevimlisinə çevrilib.

Bu sezon “Liverpul” futbol klubunda öz performansı ilə azarkeşlərin ürəyinə yol tapan Məhəmməd Salah idman gündəmini zəbt edib. Məhəmməd Salaha olan sevgi din dəyişiminə qədər gedib çıxıb. Belə ki, bir neçə “Liverpul” azarkeşi sosial şəbəkədə Məhəmməd Salaha görə müsəlman olmağa qərar verib.

Milyonların sevimlisi Məhəmməd Salahın həyat hekayəsi: “Çox çətin günlərdən keçdim, amma...” - FOTOLAR

“Liverpul” futbol klubunun rəsmi internet səhifəsində Məhəmməd Salah öz həyatı haqqında ətrafı məlumatlar paylaşıb. Məhəmməd Salah İngiltərənin “Liverpul” futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edir.

Milyonların sevimlisi Məhəmməd Salahın həyat hekayəsi: “Çox çətin günlərdən keçdim, amma...” - FOTOLAR

15 iyun 1992-ci ildə Misirdə dünyaya gələn M.Salah peşəkar karyerasına 2010-cu ildə doğma vətənində, yetirməsi olduğu “Əl-Mokavlun Əl-Ərəb” komandasında başlayıb. 2017-ci ildən “Liverpul” komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq, “Bazel”, “Çelsi”, “Fiorentina” və “Roma” komandalarında forma geyinib.

Milyonların sevimlisi Məhəmməd Salahın həyat hekayəsi: “Çox çətin günlərdən keçdim, amma...” - FOTOLAR

Məhəmməd Salah “Liverpul” futbol klubunun rəsmi internet səhifəsində futbol həyatı haqqında bunları qeyd edib: “Futbola 7-8 yaşım olanda aşiq olmuşdum. Çempionlar liqasını izləyirdim. Küçədə dostlarımla futbol oynayanda Ronaldo, Zidan və Totti kimi oynamağa çalışırdım. Bu 3 futbolçunu çox sevirdim, bütün oyunlarını izləyirdim. Uşaq vaxtı küçədə futbol oynayanda ən yaxın dostum mənə “Bir gün sən ən böyük futbolçu olacaqsan” demişdi. İlk dəfə 14 yaşım olanda “Mokawloon” klubu ilə müqavilə imzaladım. Bundan sonra peşəkar karyeram başladı. Amma mənim üçün çox çətin idi. Evdən məşqə gedib gəlmək 4-5 saat vaxtımı alırdı. Məşqlərdə iştirak edə bilmək üçün məktəbdən ayrılmaq məcburiyyətində qaldım. Çox çətin günlər idi, amma qarşıma məqsəd qoymuşdum. Böyük futbolçu olmaq istəyirdim. 19 yaşım olanda Misirin milli komandasına qəbul olundum. Özümə inana bilmirdim. Məndən başqa digər oyunçular 27-30 yaş arasında idi. 2012-ci ildə ilk dəfə özümü Yay Olimpiya Oyunlarında göstərə bildim. Misir forması ilə oynadığım oyunun ardından “Bazel” futbol klubuna transfer oldum. Ölkəmdən qırağa getmək mənim üçün çox çətin idi. İngilis dilini bilmirdim, hətta nə yemək yeyəcəyimi belə, onlara başa salmaqda çətinlik çəkirdim. “Bazel” mənim üçün karyeramda böyük bir şans oldu. Əgər “Bazel” olmasaydı, mən belə bir futbolçu ola bilməzdim.

Milyonların sevimlisi Məhəmməd Salahın həyat hekayəsi: “Çox çətin günlərdən keçdim, amma...” - FOTOLAR

“Çelsi”yə transfer olduğumda “Liverpul” artıq mənimlə maraqlanmağa başlamışdı. Çelsidə də çox şey öyrəndim. Ən əsası da orada necə profesional olmağı anladım. “Liverpul” komandası ilə ilk olaraq, “Çelsi” formasında Enfilddə qarşılaşdım. Həmin gün “Bir gün buraya gəlib, bu komandada oynayacağam” dedim. Kompüter oyunlarında belə, futbol oynayarkən “Liverpul”u seçirdim. Hazırda bu komanda oynadığım üçün çox xoşbəxtəm. Azarkeşlər mənim adımı mahnılarda səsləndirəndə çox sevinirəm. Azarkeşlərin mənə mahnı oxumalarının anlamı mənim üçün çox böyükdür. Komanda olaraq, uzun zamandır ki, İngiltərə Premyer Liqasında məğlub olduğumuzu bilirik. “Liverpul”a çempionluq gətirməyi düşünürük. Bu komandanın çempion olacağına inanıram”.

Turan Oruc,
Musavat.com