Загрузка...

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getdiyini elan edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub.

BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə” yüksək liqaya vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.