Bakıda qayda pozan sürücü ilə DYP əməkdaşının söhbəti sosial şəbəkədə yayılıb.
BAKU.WS-in məlumatına görə, polis tərəfindən saxlanılan xanım sürücü DYP avtomobilinə yaxınlaşaraq sualları cavablandırır.
Ancaq “Polis haqqında qanun”a görə, yol hərəkəti qaydası pozularsa, polis özü sürücüyə yaxınlaşmalı, sənədlərini təqdim etməlidir. Ancaq bu görüntülərdən aydın olduğu kimi polis vəzifə səlahiyyətlərini qanuna uyğun şəkildə yerinə yetirmir.
Bu vəziyyət sosial şəbəkədə müzakirələrə səbəb olub. Xoş olmayan mənzərə sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: