Загрузка...

Sumqayıt şəhərində yaşayan gənc idmançı, 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirlinin itkin düşməsindən 1 həftə keçir.

Lent.az xəbər verir ki, aprelin 18-də məşq etmək məqsədi ilə rezin qayıqla açıq dənizə çıxmış gənc dostlardan hələ də bir xəbər yoxdur. Onların axtarışına helikopter də cəlb edilsə də, hələlik nəticə yoxdur.

Qeyd edək ki, 17 yaşlı Nüsrət Nəzərzadə ekstremal idman növləri ilə məşğul olurmuş. O, keçən ilin noyabrında Tufandağda itkin düşən alpinistlərlə dost olub.