ABŞ Prezidenti Donald Trampın bənzəri olan kəndli ispan qadını bir anda sosial şəbəkələrin ən məşhur şəxsinə çevrilib.
Kult.az xəbər verir ki, bu barədə “Haffinq Post” nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən 40 yaşlı qadın İspaniyanın Kabana-de-Berqantino bölgəsində yaşayır və onun telefonu və kompüteri yoxdur.
Onu məşhurlaşdıran foto isə qasırğanın nəticələri barədə kəndə reportaj hazırlamağa gələn jurnalistlərdən biri tərəfindən çəkilib və qısa zaman ərzində qadın məşhurlaşıb.