Kanadada yüngülmotorlu təyyarə avtomobil yoluna məcburi eniş edib.
APA-nın “CBC News”a istinadən verdiyi xəbərə görə, hadisə Kalqari şəhərində qeydə alınıb. İlkin ehtimala əsasən, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 5 nəfər xəsarətsiz təyyarəni tərk edə bilib.
İnsidentin səbəbləri araşdırılır.