Загрузка...

“A balam, b?sdi, h?ya el?yin! Balam, bu iki cüt, bir t?k qorxaq erm?nil?r, bilmir?m, vallah, bizd?n n? ist?yirl?r? Dün?n Qazançı erm?nil?ri bizim Sarvanlardan dörd n?f?r el? bir igid oğlanlar öldürübl?r ki, dörd yüz s?nin kimi çolaq erm?ni öldürs?k, gen? ?v?zi çıxmaz….”

(Mirzə Cəlil, “Kamança”)

Ermənistanda dünən müxalifət lideri Nikol Paşinyanla baş nazirin vəzifəsini icra edən Karen Karapetyan arasında danışıqlar başlanmalıydı, ancaq görüş heç başlamadı. Karapetyanın bu temada verdiyi açıqlamanı oxuyanda bərkdən güldüm. Çünki həmin açıqlamada erməni siyasətinin mahiyyəti tam şəkildə açılmışdı. Sitat: “Paşinyan görüşün formatını, jurnalistlər tərəfindən necə işıqlanmasını və hətta bizdən ora kimin qatılmasını da özünün müəyyən edəcəyini söylədi. Belə danışıqlar olmur”. Sitatın sonu.

Bəli. 100 ildən çoxdur biz türklər – həm Anadoluda, həm Qafqazda, həm də Güney Azərbaycanda yaşayanların hamısı nəzərdə tutulur – bu erməni xislətinin şahidləriyik. Xainlik, yalançılıq, qaraqışqırıq qoparmaq, ara qatmaq, oğurluq, terrorçuluq və üstəlik bundan sonra danışıqları pozmaq. İndi bizə qazdıqları quyu öz qabaqlarına çıxıbdır. “Özünə rəva bilmədiyini başqalarına rəva bilmə” – bəşəriyyət tarixində yəqin ki, bundan böyük qızıl düstur yaradılmayıbdır. Ermənilər öz xislətlərinin əsiridirlər.

Əlbəttə, mən qətiyyən irqçi deyiləm. Ən sevdiyim yazıçılardan biri Hrant Matevosyan olub. Ancaq istənilən xalqın tarixin hansısa dönəmində kütləvi psixoza yoluxma təhlükəsinin olduğunu da görmüşük. Hansısa müdriklərdən biri bu temada əla bir fikir söyləyibdir: “Bir adamın dəliliyi nadir rast gəlinir, xalqların dəliliyi isə çox olub”.

Başa düşürəm, adama deyərlər, ermənilərdən sənə nə, öz dərdinizi çəkin. Ancaq bizi öz dərdimizi çəkməyə qoymayan qonşular varsa nə edək? Yüz ildən çoxdur elə bunların zir-zibilini yığışdırmaqla məşğuluq, başımızı qaldırmağa imkan yoxdur. Adam Qafqaz kimi gözəl bölgədən başını götürüb qaçmaq istəyir – belə yaramaz tiplərin əlindən. Maraqlıdır ki, erməniləri dünyada tanıdan adamların da heç birisi indiki Ermənistan ərazisində yaşamayıbdır. Hamısı qıraqda, xaricdə, necə deyərlər, “adam olmuşdur”. Çünki bunlar o qədər paxıl, xain insanlardır ki, özlərinə də inkişaf eləməyə imkan vermirlər.

Bir soyqırım uydurması ilə də dünyanı bezdiriblər. Aprelin 24-də rusdilli saytlardan birində həmin “soyqırım” haqda yazı verilmişdi, linkini də qoyuram marağı çəkən oxusun. (https://meduza.io/feature/2018/04/24/odnih-zagonyali-v-saray-i-szhigali-zazhivo-drugih-topili-v-reke). Maraqla oxudum ki, görəsən təzə nə vardır. Bu, bir Ermənistan sakininin xatirələri idi, guya bunu bir qohumu 1980-ci illərdə qələmə alıb saxlamışdır. Adamın 1915-ci ildə 10 yaşı varmış, guya türklər bunun ailəsini qırıblar, bu isə birtəhər rus ordusuna sığınıb və indiki Ermənistan ərazisində məskunlaşıb. Ancaq oxuyanda nəinki adamda faciə təəssüratı yaranır, əksinə, gülməyin tutur ki, nə qədər həyasız olmalısan, bunu soyqırım adlandırasan. Birincisi, adamın atası silahla türklərə qarşı döyüşə gedib, qayıtmayıb. İkincisi, anası hara yoxa çıxıb, bunu şayiə əsasında yazır. Özü və qardaşları isə salamat şəkildə orda-burda, ən əsası isə türklərin arasında yaşayıblar! Rus-türk müharibəsinin cəbhə xəttində, silahlı toqquşmalar arasında hansısa dinc sakin ölübsə, bunu necə soyqırım adlandırmaq olar? Misal üçün, bir yerdə adam xatırlayır ki, kənddə qardaşımla yiyəsiz ev tapdıq, orda qovurma küpləri, taxıl, qızıllar vardı, yeməkləri bizimlə bir evdə qalan 2 türk əsgəriylə (!!! – Z.H.) bölüşməyə məcbur olduq, ancaq qızılların yerini onlara demədik. Hələ bu harasıdır, zarafatcıl soyqırım xatirəçisi itkin bacısını da axtarır, bunu yenə bir türkün evində tapır. Türk bunun bacısını özünə arvad eləmək istəyirmiş! Əcəb soyqırımdır, eləmi? Üstəlik, bu, bacısını evdən qaçırdır, türk bunun dalıyca düşür, yaxalayır, deyir, sən kimsən. Bu deyir qızın bacısıyam. Türk isə bunları sərbəst buraxır. Hitlerə bu mətni “soyqırım tarixçəsi” kimi göstərsən, yəqin gülməkdən qarnı cırılardı.

Anekdot bununla da bitmir, “soyqırımın” şiddətli yerində İstanbul katolikosu (bunların qahımı imiş – naxçıvanlılar demişkən) bölgəyə adam göndərir ki, görün hansı salamatdır. “Soyqırımı” edən millətin paytaxtından…

Həyatımız belə qeyri-ciddi toplumla ağızlaşmaqda keçir.