QOÇ – Təzadlı gündür. Ulduzlar məqsədlərinizə çatmaqda sizə kömək etməyə hazırdırlar. Günün birinci yarısının müsbət tendensiyası kommersiya əməliyyatlarında uğur vəd edir.
BUĞA – Gün səyahət, istirahət üçün əlverişlidir. Bu gün ortamı dəyişmək üçün də nisbətən əlverişlidir. Günün ikinci yarısında maraqlı tanışlıqlar gözlənilir. Ailə üzvlərilə xırda mübahisələr istisna deyil.
ƏKİZLƏR – Bu gün istənilən səfər uğurlu alınacaq. Maliyyə vəziyyətinizdə yaxşılaşma ehtimalı var. Aldanmaqdan, ciddi təxribatdan qaçmaq istəyirsizsə tanımadığınız insanlarla ünsiyyətə girməyin.
XƏRÇƏNG – Sıradan bir gündür. Günü ailənizə, uşaqlarınıza, evinizə həsr edin. Məişət qayğıları sizi məşğul edəcək.
ŞİR – Səyləriniz və əməksevərliyiniz öz bəhrəsini verəcək. Tərəfdaşlarınızın məsləhətlərindən və köməklərindən imtina etməyin. Şans sizinlədir.
QIZ – Bu gün kommersiya əməliyyatlarında uğur gözlənilir. Çoxdankı arzularınızın reallaşması labüddür. Xoş xəbərlər ala bilərsiz. Həyat enerjisi ilə dolusuz. Ola bilsin bu gün sizdən mühüm qərar vermək tələb edilsin.
TƏRƏZİ – Yalan, ciddi təxribat, dost xəyanəti istisna deyil. Çoşğun emosional fon karyeranıza ziyan vura bilər. Axşamı ailə içində keçirin: kitab oxuyun, qohumlarla münasibətdə olun, musiqi dinləyin.
ƏQRƏB – Ötən günün mənfi tendensiyası bu günə də öz təsirini göstərə bilər. Mühüm işlərdə qəti qərar vermək xoşagəlməzdir. Səbrli olun, növbəti həftə daha yaxşı olacaq.
OXATAN – Uğurlu gündür. Gəlir əldə edə bilərsiz. Bu gün özünüzü yaxşı tərəfdən nümayiş etdirə bilərsiz. Öz imkanlarınızın sərhədlərini müəyyən edin. Nəhəng layihələri reallaşdırmaq cəhdiniz sizin xeyrinizə işləməyə bilər.
OĞLAQ – Qətiyyətli gündür. Sizdən hansısa bir məsələdə qərar vermək tələb olunacaq. Evdəki köhnə işləri səhmana salın. Vacib işlərinizi təxirə salın.
DOLÇA – Həyat potensialınız yüksəlişə doğru aparır. Yaradıcı bacarığınız, intiusiyanız artır. Bu gün dünya görünüşünüz dəyişə bilər.
BALIQLAR – Günü ailənizə sərf edin. Məişət qayğıları sizi məşğul edəcək. Sizi böyük və xoş sürprizlər gözləyir. Özünüzü fiziki işlə yormayın.