Загрузка...

İrəvanda “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyalarının iştirakçıları hakim Respublika Partiyasının mərkəzi qərargahına doğru irəliləyirlər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qərargahın ətrafına əlavə polis gücləri, həmçinin zirehli maşınlar cəlb edilib.

Polis qərargahın binasını mühasirəyə alıb.

Zirehli texnika İrəvan küçələrində – Qəzəbli kütlə Sarkisyanın qalasına hücuma keçdi – VİDEO

Daha əvvəl mitinqin iştirakçıları Respublika meydanına aparan bütün küçələri kəsiblər. Polis həmin rayonda yerləşən bütün hökumət binalarını nəzarət altına alıb.

Danışıqlar bu gün yerli vaxtla saat 11:00-da “Armeniya-Mariott” mehmanxanasında başlamalı idi. Lakin dünən gecə saatlarında Paşinyanın mətbuat katibi Tiqran Avinyanın görüşün ləğv edildiyini açıqlayıb.

Qeyd edək ki, Serj Sarkisyan aprelin 23-də baş nazir postundan istefa versə də, hazırda Respublika Partiyasının sədridir. Müxalifət Sarkisyanın istefası ilə kifayətlənmək istəmir və hakim partiyanın hakimiyyətdən uzaşlaşdırılmasını tələb edir.