Загрузка...

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Bunu “Report” sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin toxunduğu məsələlər bütövlükdə Azərbaycan diasporasının problemləri ilə bağlı olsa da, nədənsə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, yəni komitə sədrinin müavini Ramin Məmmədov hələ də işdən azad olunmayıb.

Qeyd edək ki, komitənin Avropa və Asiya ölkələrindəki diaspora qurumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun kurasiyasında olub. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı olduğunu və müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyini bildirən mənbənin verdiyi məlumata görə, Ramin Məmmədov Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə,əksinə özü üçün biznes qurmaqla məşğul olub. Elə bunun nəticəsidir ki, Avropadakı söyüş müxalifəti meydana çıxıb.

Daxil olan məlumatda iddia edilir ki, Ramil Məmmədov Avropa və Asiya ölkələrində Azərbaycan diasporası ilə yaxından-uzaqdan bağlılığı olmayan adamlardan müxtəlif miqdarda pullar alaraq onların adını Azərbaycan dövlətinin müxtəlif medalllarının alınması ilə bağlı siyahılara belə saldıra bilib.

Bu iddianın nə qədər gerçək olduğun deyə bilməsək də,amma əgər doğurdan da bu şəxs belə bir işə qol qoyubsa, o zaman vay Azərbaycan diasporasının halına.

Ramin Məmmədovla bağlı daxil olan məlumatda bu da iddia edilir ki, sözügədən şəxsin Bakıda və Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir. Maraqlıdır görəsən aylıq dövlət qulluqçusu kimi əməkhaqqısı bəlli olan biri, necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub?

Yəqin ki, dövlətin müxtəlif qrumları Ramin Məmmədovun bu sahədəki “Sıçırayışı”nı araşdırar. Məlumata görə, Ramin Məmmədovun biznes qurduğu Avropa ölkələrindəki “tualet böcəkləri” artıq neçə aylardır Azərbaycan dövlətini, ölkəmizin prezidnetini və ailəsini, eyni zamanda digər müxtəlif dövlət adamlarını və ailələrini hədəf alaraq söyüş və təhqir yağdırmaqdadır.

İddiya görə, məhz bu qüvvələri güya susdurmaq üçün, Ramin Məmmədo dövlətdən əlavə vəsait alsa da bu pullar belə diaspora vasitələrinin inkişafına və bu yaramaz “tualet böcəkləri”nin susdurulmasına sərf edilməyib.

Maraqlıdır o zaman bu vəsaitlər hara xərclənib.Yəqin ki,Ramin Məmmədov nəzarətində olan sahəyə ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı məşəl ayağına çəkiləcək və bül-bül kimi ötərək komitənin yeni sədri Fuad Muradova hesabat verməli olacaq.

Medianews.az