İrəvanın Respublika meydanında keçirilən mitinq zamanı bir kişi infarkt nəticəsində ölüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
36 yaşlı şəxsin halı qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
23 aprel yerli vaxtla 21:30-a olan məlumata görə, hazırda mitinqlərdə xəsarət almış 7 nəfər xəstəxanalarda müalicə alır.
Onlardan 4-ü bu gün daxil olub.