Загрузка...

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb.

Medianews.az bildirir ki, bu barədə Trend-ə H.Abdullayevin vəkili məlumat verib.

Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: “Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək”.

Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.