Загрузка...

Türkiyənin “Beşiktaş” klubu bu il Azərbaycana səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, “qara-qartallar”ın ölkəmizə səfəri sentyabr ayında reallaşacaq.

İstanbul klubu ölkəmizə səfər çərçivəsində “Qarabağ”la dostluq oyunu keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq.

Bu barədə məlumatı klubun prezidenti Fikret Orman yerli mətbuata açıqlamasında bildirib: “Azəbaycana səfər çərçivəsində dostluq oyunu keçirəcəyik və rəsmi mağazamızın açılışını edəcəyik. “Beşiktaş” inkişaf edir və əlbəttə ki, bizim qarşımızı kəsmək istəyənlər var. Bizimlə meydanda rəqabət etməlidirlər. Həm komandamız, həm də ölkəmiz üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, Fikret Orman bir neçə gün öncə ölkəmizdə səfərdə olub.