Yerevanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib.
“Report” TASS-a istinadən xəbər verir ki, nümayiş iştirakçıları şəhərin bir neçə başlıca küçəsini bağlayaraq, hökumətə qarşı şüarlar söyləyirlər. Hazırda Yerevanın Acapnyak rayonunda vəziyyət çox gərgindir. Aprelin 22-də Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın qanunsuz toplantı keçirdikləri üçün tutulduqlarını təsdiqləyib.