Загрузка...

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist, ailə üzvlərinə təşəkkür edərkən, dayısını xüsusi vurğulayıb. Bunu görən aparıcı Elgiz Əkbər “Niyə hər yerdə dayınızın adını hər gün çəkirsiniz?” deyə sənətçiyə sual ünvanlayıb. Müğənn-bəstəkar Elza Seyidcahan, bunun səbəbini belə izah edib:

“İndiki gündə elə qızlar var ki, heç atadan, qardaşdan qorxmurlar. Amma mən indiki gündə dayımdan qorxuram. İndilər elə edir ki, elə bil ataları, qardaşları yoxdur. Mən konservatiroyada oxuyanda 6-dan gec evə gəlirdimsə, dayım anamı bizə qatıb döyərdi ki, siz gecə vatxı hardasız?”

Həmin görüntüləri təqdim edirik: