Milli Məclisdə prezident İlham Əliyevin təqdimatı ilə Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Novruz Məmmədovun namizədliyini təsdiqlənib.
113 deputat N.Məmmədovun Baş nazir postuna namizədliyinin lehinə səs verib. Onun namizədliyinin əleyhinə səs verən olmayıb.
Spiker Oqtay Əsədov “Novruz müəllim, sizi təbrik edirik. Çox çətin bir işin altına girirsiniz. Əminik ki, böyük ləyaqətlə bu işin öhdəsindən gələcəksiniz” deyib.