Загрузка...

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı çıxan mitinq iştirakçıları şənbə günü səhər etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın lideri, müxalifətçi deputat Nikol Paşinyan deyib.

“Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə”, — deyə Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı bildirib.

Onun sözlərinə görə, mitinqdən sonra İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcək.

Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən davam edir.