Загрузка...

11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçirildi.

Seçkilərdə qalib gələn İlham Əliyev 18 aprel tarixində Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başladı. Eyni gündə isə, Konstitusiyaya uyğun olaraq, nazirlər kabineti istefaya göndərildi.

Bu gün Milli Məclis plenar iclas keçirərək, prezidentin baş nazir kimi namizəd göstərdiyi Novruz Məmmədovu bu posta təsdiqlədi. Bundan sonra isə hansı nazirlərin qalıb, hansılarının gedəcəyi barədə mətbuatda bir çox analizlər yazılır.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov da bu dəfə kabinetdə təsdiqlənməyəcək. Çox güman ki, yaxın günlərdə bu posta başqa bir şəxs təyin ediləcək.