Загрузка...

Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox məqamlara diqqət edir.

Axşam.az xarici mediaya istinadən kişilərin ilk görüşdə nələrə diqqət yetirdiyini nəzərinizə çatdırır:

 

Tərz – Xarici görünüş önəmli deyil deyənlərə aldanmayın. Bir kişini heyran buraxmaq üçün əvvəlcə özünüzə xas bir tərziniz olmalıdır.

Saçlar – Saçlarınız hər zaman təmiz və baxımlı olmalıdır.
Makiyaj – Makiyajınızı sadə və təbii edin. Kişilər abartılı makiyajı sevmirlər.

Ətir – Yanına yaxınlaşdığınızda ətrinizdən təsirlənməsi gərəkdir. Gün bitib evə getdiyində belə qoxunuzu xatırlamalı, hiss etməlidir.

Dikdaban ayaqqabı – Kişilərin qadınlarda ən cəlbedici hesab etdikləri şey dikdaban ayaqqabılardır. Onu geydiyinizdə hər zaman özgüvənli bir şəkildə yeriyin.

Özünüzü öymə – Unutmayın ki, kişilər “Mənəm, mənəm” deyən qadınları sevmirlər.

Şikayət – Kişilərin heç sevmədiyi şey şikayətlənməkdir.