Загрузка...

Müğənni Röya Ayxan prodüser Tolikin (Tarix Əliyev) dünən yayılmış pərdəarxası görüntülərə fikir bildirib.

BAKU.WS xəbər verir ki, əməkdar artist videoda adının hallanmasını, daha doğrusu Tolikin onu söyməsini normal qarşıladığını bildirib:

“Dünəndən telefonum dağılır. Bu video ilə bağlı hamiya buradan cavab verirəm. Pərdə arxasında hər şey ola bilər. Ən əzizinə belə hər şey deyə bilər. Bir sözlə, o videonu yayan nə qədər tərbiyədən, əxlaqdan uzaq adamdır, artıq aydındır. Unutmayın, insanlar var ki, siz onu ədəb-ərkanlı tanıyırısız, amma pərdə arxasında mən belə toya getməliyəm.”

Tolik Röyanın bu paylaşımına belə cavab verib: “Kef elə! Hər yerdə diqqətli ol. Hər zaman sənə dedim, amma qulaq asmadın. İndi çatdı yəqin, niyə deyirdim”.

Xatırladaq ki, sözügedən videoda Tolikin aparıcısı olduğu Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin kadr arxası görüntüləri göstərilib. Aparıcının uşaqların yanında necə tərbiyədən kənar ifadələr işlətdiyi açıq aydın görünür.

Röyadan Tolikin söyüşlərinə cavab: “Kef elə...