Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” matçında dava düşüb.
Minval.İnfo xəbər verir ki, matçın 70-ci dəqiqəsində “Sumqayıt”-ın 25 yaşlı futbolçusu Bəxtiyar Həsənalızadənin kobud oynaması qonaqların baş məşqçisi Yuri Maksimovu özündən çıxarıb.
Nəticədə ukraynalı mütəxəssis adıçəkilən futbolçunu ayağı ilə vurub. Bu da gərginliyin yaranmasına səbəb olub.
Qarşılaşmanın baş hakimi Əliyar Ağayev Yuri Maksimovu bu hərəkətinə görə texniki zonadan uzaqlaşdırıb.