Загрузка...

Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Medianews.az-ın “Report”a istinadla verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi “Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.

Ayxan İsmayılov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.