Загрузка...

Azərbaycan Nazirlər Kabineti bu gün istefaya göndərilib.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti and içdiyi gündən etibarən öz səlahiyyətlərinin icrasına başlayır.

Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə başladığı gün Nazirlər Kabinetini istefaya göndərir.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, köhnə hökumət andiçmə mərasimindən dərhal sonra istefaya göndərilir. Həmin maddə də deyilir: “Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir”.

Hazırda Nazirlər Kabinetinin 7 nəfər İdarə heyətinin üzvü və 18 nazirliyi aşağıdakılardır:

1. Baş nazir Artur Tahir oğlu Rasizadə

2. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov

3. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov

4. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev

5. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov

6. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov

7. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov

8. Daxili İşlər naziri Ramil İdris oğlu Usubov

9. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırov

10. Energetika naziri Pərviz Şahbazov

11. Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov

12. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Yanvar oğlu Müslümov

13. Gənclər və İdman naziri Azad Arif oğlu Rəhimov

14. Fövqəladə Hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov

15. Xarici İşlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov

16. İqtisadiyyat və sənaye naziri Şahin Abdulla oğlu Mustafayev

17. Kənd Təsərrüfatı naziri Heydər Xanış oğlu Əsədov

18. Maliyyə naziri Samir Rauf oğlu Şərifov

19. Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev

20. Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov

21. Müdafiə Sənayesi naziri Yavər Talıb oğlu Camalov

22. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə

23. Səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev

24. Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov

25. Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov

Həmçinin Nazirlər Kabineti özündə 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsini də birləşdirir.

Qeyd edək ki, Prezident İlham Əliyev yaxın günlərdə yeni hökumətin formalaşdırılması üçün Milli Məclisə müraciət edəcək.