Загрузка...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 73,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,21 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 72,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 16-da 67,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,2 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 16-da 71,9 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.