Загрузка...

İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayırlar.

 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, hazırda müxalifət fəalları bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar. Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikola Paşinyanın qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq hərəkət edir.

 

Bundan əvvəl N.Paşinyan müxalifətin aprelin 17-ə olan hərəkət planının açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq üçün parlament yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər. Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

 

İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayırlar