Загрузка...

Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslər var. Hətta hanısısa yükləmə və ya yeniləmə üçün bank hesablarından istifadə də təklif edilir. Bura “whatsapp” və “facebook” mesencerdən gələn təkliflər də daxildir. Buna maraq göstərən və inan insanlara ya borc yazılır ya da bank hesabından pul silinir. Ekpertlərin fikrincə bu cür mesaj və zənglər dələduzluğun bir növüdür.

ARB TV-nin “Günə doğru” verilişində xaricdən gələn zənglər barədə sujet yayımlanıb.

Cahid İsmayıloğlu (İKT üzrə mütəxəssis): “Bununla məşğul olan cinayətkarlar, qurbanı öz ölkələrindən yox, daha uzaq ölkələrdən seçirlər ki, məsuliyyətə cəlb olunmasında çətinlik olsun”.

Xüsusi proqram təminatı ilə bahalı tariff planı əsasında edilən zənglər , birbaşa istənilən ölkənin beynəlxalq kodu ilə həyata keçirilir. Və həmin nömrələrin heç bir qeydiyyatı belə olmur.

Cahid İsmayıloğlu (İKT üzrə mütəxəssis): “Həmin şəxslər xüsusi İP dəyişdirici vasitələrlə yerlərini gizlədərək, özlərini başqa ölkədəymiş kimi göstərərək hiyləyə əl atırlar. Ən çox Çin və Rusiyadan olur”.

Hüquqi cəhətdən bunun qarşısını almaq bir az çətin olsa da. Mümkünsüz də deyil. Tahir Əlirzayev burada əsas məqsəd törədilən cinayətin hansı ölkədən qaynaqlandığını tapmaqdır. Sonrası ilə cinayət məcəlləsi ilə tənzimlənir.

Amma burada başqa nüanslar da var. Dəymiş zərər xüsusi həddə uyğun olmalıdır və zərərçəkənləri şikayətı zəruridir. Yalnız bundan sonra qanun çərçivəsində hərəkət etmək mümkündür.

Tahir Əlirzayev (Vəkil): “Həmin ölkənin hüquq mühafizə orqanlarına müraciət oluna bilər, həmin ölkədə o əməl cinayət hesab olunursa, tədbir görüləcək”.

Amma ən yaxşısı tanımadığımız və ya bizdə şübhə yaradacaq zənglərə mesaj formasında göndərilən linklərə daxil olmamaqdır. Kor-koranə hərəkət etməkdənsə, yaxşı olar ki, texnalogiyadan bildiyimiz qədər yararlanaq.