Axşam.az xarici KİV-ə istinadən ev şəraitində saç uzatmanın yollarını təqdim edir:
Avakdo – B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün bundan daha çox quru saçlarda istifadə olunur.
Yumurta – Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii materialların biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırar və daha sağlam uzanmasına kömək olur.
Zeytun yağı – Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, şəkil almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.
Limon – Xüsusilə həddindən artıq yağlı saçlardakı və saç dərisindəki çox yağın təmizlənməsində təsirli olan limon məsamələrin kiçilməsini təmin edir və yağ istehsalını azaldır
Hind qozu yağı – Çox yaxşı bir nəmləndiricidir, saçı dərindən nəmləndirərək yumşaldır.