Загрузка...

Ermənistanda Serj Sarqsyanın baş nazir postuna namizədliyinə qarşı çıxan etirazçılar İrəvanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar.

“Report” “News.am”a istinadən xəbər verir ki, hazırda mitinqçilər Fransa meydanında çadırlar qurublar və orada gecələməyə hazırlaşırlar.

Aksiyanın əlaqələndiricisi, “Yelk” müxalifətyönlü parlament fraksiyasının rəhbəri Nikol Paşinyan ora toplaşanları meydana gecələmək üçün ədyal və karton gətirməyə çağırıb.

“Əgər iştirakçıların sayı aksiyanın Qapalı bazaradək (Mesrop Maştots prospekti) uzanacaq qədər artarsa, hakimiyyətin dəyişəcəyinə mən zəmanət verirəm”, – deyə Nikol Paşinyan bildirib.

Fransa meydanı Ermənistan paytaxtının mərkəzi küçələrinin qovşağında yerləşir. Etirazçılar faktiki olaraq şəhərin mərkəzində maşınların hərəkətini iflic ediblər.

İrəvanda etirazçılar mərkəzi küçələrin kəsişməsində düşərgə salıblar - Foto İrəvanda etirazçılar mərkəzi küçələrin kəsişməsində düşərgə salıblar - Foto İrəvanda etirazçılar mərkəzi küçələrin kəsişməsində düşərgə salıblar - Foto İrəvanda etirazçılar mərkəzi küçələrin kəsişməsində düşərgə salıblar - Foto İrəvanda etirazçılar mərkəzi küçələrin kəsişməsində düşərgə salıblar - Foto