Загрузка...

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin bahalaşmağa başlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, təkcə ötən gün onun qiyməti 13% artıb.

Hazırda bitkoin 8 050 ABŞ dollarına alınıb-satılır. Bitkoinin kapitallaşması isə 20 mlrd. dollar artaraq 137 mlrd. dollara çatıb.

“CoinDesk” nəşri yazır ki, bitkoinin qiyməti yaxın vaxtlarda 8 500 dollara çata və onu keçə bilər. Bununla yanaşı, onun yenidən 7 600 dollara qədər ucuzlaşması da mümkündür.

“Kriptovalyuta bazarında sabitlikdən danışmaq mümkün deyil. Bazar yenə də qeyri-sabit olaraq qalır. Bitkoinlə ticarətin həcminin son günlər 2 dəfə artması (5,5 mlrd. dollardan 9,9 mlrd. dollara çatması) onu deməyə əsas verir ki, qısamüddətli perspektivdə qiymət artımı davam edəcək. Əgər bitkoinin məzənnəsi həftəsonuna 7 min dolların üstündə möhkəmlənərdə, onun uzunmüddətli perspektivdə də bahalaşacağını demək olar”, – deyə analitiklər bildiriblər.