Rusiyanın məşhur milyarderi, “Rusala”nın rəhbəri Oleq Deripaskanın qızı 15 yaşlı Mariya Deripaska dünyanın ən bahalı kurortlarında dincəlməyə üstünlük verir.
Minval.İnfo Yenicag.az-a istinadən bildirir ki, bu dəfə o, qohumu, sabiq Rusiya prezidenti Yeltsinin nəvəsi ilə birlikdə görüntülənib.
Oleq Deripaska övladları – 17 yaşlı Pyotr və 15 yaşlı Mariyanı əsasən ictimaiyyətin diqqətindən gizlədir. Lakin bu dəfə onlar medianın fokusundan yayına bilməyiblər.
Sen-Barta sahillərində prezidentin nəvəsi ilə görüntülənən Rusiya oliqarxının qızının yeni şəkillərini “SUPER” nəşri dərc edib.