Загрузка...

Prezidentliyə namizəd Hafiz Hacıyev səsvermə prosesi haqda fikrini bildirib.

H.Hacıyevin sözlərinə görə, mütəmadi olaraq proses haqda ona məlumat verilir: “Seçkilər çox demokratik keçirilir, heç bir müdaxilə yoxdu. Amma bəzi qüvvələr görür ki, mən səsvermədə 2-ci yerə çıxıram. Buna görə bəziləri çalışırlar ki, həmin məntəqələrdə seçkilərin nəticələri tanınmaması üçün təxribat törətsinlər”.

Hafiz Hacıyev bu dəfə daha çox səs toplayacağını deyir: “Üçüncü dəfədi ki, prezident seçkisində iştirak edirəm. Xalqın seçkiyə çox böyük marağı var və aktivlik yüksəkdi. Bu seçkidə əvvəlki illərdən daha çox səs toplayacağam. Bu saata olan məlumata görə, İlham Əliyev artıq qalib gəlib. Biz bunu qəbul etməliyik. Mənim də ikinci yerdə olmağım vacibdi. Bu saata kimi ikinci yerdəyəm”.

Prezidentliyə namizəd özünün və övladlarının kimə səs verdiyini açıqlayıb: “Mən İlham Əliyevə səs verdim. Bir oğlum başqa məntəqədə İlham Əliyevə səs verib. Digər iki övladım isə mənə səs verib. Proporsionallığı təmin etmişik”. /Hafta.az/