Загрузка...

Əlcəzairdə İL-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 200-dən çox insan həlak olub.

Hadisə Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında baş verib. Təyyarə ölkə paytaxtı Əlcəzairdən 50 kilometr cənubda yerləşən hərbi bazanın aerodromundan uçuşdan tezliklə sonra düşüb.

“Al-Xadas” telekanalının xəbərinə görə, təyyarə yerə düşəndən dərhal sonra yanıb.