İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub.
“Report”un məlumatına görə, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən “Barselona” – “Leqanes” (3:1) matçından sonra açıqlayıb.
Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: “Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam”.