Загрузка...

Futbol üzrə dünya çempionatları tarixinin ən yaxşı qolu müəyyənləşib.

“Report”un məlumatına görə, bununla bağlı 2018-ci il dünya çempionatının “Facebook” səhifəsində martın 31-dən aprelin 9-dək azarkeşlər arasında səsvermə aparılıb.

Nəticədə meksikalı Manuel Neqretenin DÇ-1986-da Bolqarıstan yığmasının qapısına vurduğu qol birinci olub. Neqrete mundiallarda vurulmuş 32 gözəl qol arasından fərqləndirilib.

Final səsverməsində braziliyalı Ederin DÇ-1982-də SSRİ yığmasının qapısına vurduğu qol da iştirak edib.