Əməkdar artist Naibə Allahverdiyeva “APA TV”-nin “Show time” verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, zaman-zaman falçı qəbulunda olub: “
“Mən Türkiyəyə gedirdim, ekstrasens Nadimə müraciət etdim, ondan məsləhət aldım. Dedim ki, Türkiyədə bir iş qurmaq istəyirəm. Sizcə bu iş uğurlu olacaq? O da mənə söylədi ki, çalışın ki, müqavilə imzalayın. Həqiqətən də hər şey onun dediyi kimi çıxdı. Mənə qarşı yalançı çıxdılar. Nadimin dedikləri mənim üçün düz çıxdı. Mənim üçün karta baxdırmaq maraqlıdır”.