Загрузка...

“Likvidlik səviyyəsi sürətlə artır. Cari ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı pul bazasını 11 faiz artırıb”.

“APA-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransın da deyib.

Onun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər. “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.